
23 May, 2025 10:19
"2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub.
FinFly xəbər verir ki, qanun layihəsi gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq.
2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 37 milyard 164,2 milyon manat, xərcləri isə 37 milyard 719,7 milyon manat təşkil edib. Bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 5,5 faiz və 3,5 faiz çoxdur.
Son nəticədə ötən il büdcədə 555,5 milyon manat və yaxud ümumi daxili məhsulun 0,4 faizi qədər kəsir yaranıb. Bu isə əvvəlki ilə nisbətən 37,1 faiz azdır.
Son xəbərlər
-
23 May, 2025
Dünya bazarlarında neft qiymətləri ucuzlaşıb...
-
23 May, 2025
May ayının pensiyaları ödənilib...
-
23 May, 2025
Sabahın hava proqnozu açıqlanıb...