Fintech Farm Hindistanda da neobank istifadəyə verdi.
FinFly-ın məlumatına görə, Fintech Farm Hindistanda növbəti neobank layihəsini — Roarbank brendi altında həyata keçirdi.
Hindistana qədər Fintech Farm müxtəlif ölkələrdə neobank həllini uğurla təqdim edib: Vyetnamda Joint Stock Bank (OCB) ilə tərəfdaşlıqda Liobank-ı istifadəyə verid, Azərbaycanda Unibank ilə birgə - Leobank, Qırğızıstanda isə Doscredobank ilə əməkdaşlıqda Simbank istifadəyə verilib.
Hindistan bazarına çıxış Unity Small Finance Bank ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və Roarbank neobankı istifadəyə veriləcəyi gözlənilir. Məlumata görə, Hindistanda aparılan qapalı beta-test mərhələsində bir neçə gün ərzində 100 minə yaxın istifadəçi cəlb olunub.
Gözlənilir ki, yaxın zamanlarda Hindistanın milyardlıq əhalisinin əhəmiyyətli hissəsi Roarbank istifadəçiləri sırasına qoşulacaq.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
