28 Iyl, 2025 10:29
Ukraynanın "Naftoqaz" Şirkətlər Qrupu SOCAR qrupuna daxil olan SOCAR Energy Ukraine şirkəti ilə Azərbaycan təbii qazının alınması üçün ilk saziş imzalayıb.
FinFly "Naftoqaz" a istinadən xəbər verir ki, ilk dəfə olaraq [Azərbaycan] qazının Bolqarıstan–Rumıniya–Ukrayna dəhlizi ilə Transbalkan marşrutu üzrə sınaq tədarükü həyata keçirilir.
"Bu, uzunmüddətli əməkdaşlığa yol açan kiçik, lakin strateji əhəmiyyətli addımdır. Bu, həm də tədarük mənbələrinin şaxələndirilməsinin və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin başqa bir nümunəsidir"dedi naftogaz baş direktoru Sergey Koretsky.
"Etibarına görə Azərbaycandan olan həmkarlarımıza minnətdarıq", - deyə o əlavə edib.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
