30 Iyl, 2025 15:36
Azərbaycan Mərkəzi Bankı (AMB) "Greentek Group" və "A-Solutions" MMC-lər elektron pul təşkilatlarına icrası məcburi göstəriş verib.
FinFly AMB-yə istinadfən xəbər verir ki, həyata keçirilən cari nəzarət tədbirləri çərçivəsində hər iki şirkətin 1 iyun 2025-ci il tarixinə qədər valyuta əməliyyatları barədə vahid informasiya sisteminə (VƏVİS) inteqrasiya təmin olunmadan xarici valyuta üzrə köçürmə əməliyyatları aparması faktları aşkar edilib. Bu əsasla təşkilatlara VƏVİS-ə inteqrasiya təmin olunmadan xarici valyutada köçürmə əməliyyatlarının aparılmasının dərhal dayandırılması barədə göstəriş verilib.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
