Azərbaycan və Qazaxıstan yaxın vaxtlarda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə əməkdaşlığın inkişafına dair hökumətlərarası saziş imzalamağı planlaşdırır.
FinFly xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər artıq saziş layihəsinin hazırlanmasını başa çatdırıblar. Sənədin imzalanması TBNM-in institusional statusunun artırılmasına yönəlib.
Nazirlikdə Azərbaycanın marşrut üzrə əsas həlqələrdən biri olduğu xüsusi vurğulanıb. Bildirilib ki, ölkə Xəzər dənizi vasitəsilə yüklərin tranzitini təmin edir və onların daha sonra Türkiyə və Avropa bazarları istiqamətində daşınmasında mühüm rol oynayır.
Qeyd olunur ki, ticarət donanmasının inkişafı çərçivəsində Baku Shipyard gəmiqayırma zavodunda iki konteynerdaşıyan gəminin tikintisi üçün sifariş yerləşdirilib. Layihənin 2027-ci ildə tamamlanması planlaşdırılır. Həmin dövrdə Xəzər istiqamətində fəaliyyət göstərmək üçün daha altı universal quru yük gəmisinin də təhvil verilməsi gözlənilir.
Nazirlikdə əlavə ediblər ki, marşrut üzrə iştirakçı ölkələr TBNM-in buraxılış qabiliyyətinin artırılması və onun beynəlxalq yük göndərənlər üçün cəlbediciliyinin yüksəldilməsi istiqamətində birgə işi davam etdirəcəklər.
Son xəbərlər
-
10 Mar, 2026
Баку и Астана подпишут соглашение о развитии ТМТМ...
-
10 Mar, 2026
NATO Malatyada "Patriot" sistemi yerləşdirib...
-
10 Mar, 2026
Caliber.az 5 yaşını qeyd edir...
-
05 Mar, 2026
Qətər İranın Azərbaycana dron hücumunu pisləyib...
