Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
"AFB Bank" 1-ci rüb üzrə 2,3 mln manat xalis mənfəət əldə edib - FinFly

Ölkənin qabaqcıl banklarından olan "AFB Bank" ASC 2025-ci ilin 1-ci rübünü 2,3 milyon manat xalis mənfəətlə başa vurub.

FinFly Bankın yaydığı press-relizə istinadən bildirilir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə artım deməkdir.

Cari ilin I rübündə xalis faiz gəlirləri 4,4 milyon, qeyri-faiz gəlirləri isə 2 milyon manat təşkil edib. 

Bank kapitalının gəlirliliyi əmsalı (ROE) 11,97 faiz Aktivlərin gəlirliliyi əmsalı (ROA) isə 3,1 faiz təşkil etmişdir.

Hazırda bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından xeyli yüksəkdir. Məcmu kapitalın adekvatlıq əmsalı 34,77 faiz, I dərəcəli kapitalın adekvatlıq əmsalı isə 32,85 faiz təşkil edir.

Qeyd edək ki, I rübün yekunlarına əsasən, bankın məcmu kapitalı 77,41 milyon manat olaraq qeydiyyata alınmışdır.

Hazırda "AFB Bank" 11 xidmət nöqtəsi ilə həm hüquqi, həm də fiziki şəxslərə hər növ bank xidmətlərini təklif edir.