
18 Apr, 2025 13:31
Qazaxıstanın "Air Astana" aviaşirkəti mayın 31-dən Atırau-Bakı-Atırau marşrutu üzrə birbaşa uçuşlara başlayacaq.
FinFly-ın məlumatına görə, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
"Air Astana" bu il bir sıra yeni beynəlxalq hava marşrutları açmağı planlaşdırır. Onların arasında Atırau-Bakı-Atırau reysi də var", - məlumatda deyilir.
Uçuşlar həftədə üç dəfə - bazar ertəsi, çərşənbə və şənbə günləri "Airbus A320" təyyarələrində həyata keçiriləcək. Səyahət vaxtı 1 saat 25 dəqiqədir.
Son xəbərlər
-
05 Iyn, 2025
Mask Trampı məyus etdi...
-
05 Iyn, 2025
Çinlə iqtisadi əməkdaşlıq müzakirə olunub...
-
05 Iyn, 2025
Azərbaycanın dövlət büdcəsinin profisitiartıb...