Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
"Araz Supermarket"-ə qarşı qiymət artımı ilə bağlı inzibati protokol tərtib edilib - FinFly

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən "Araz Supermarket" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

FinFly Agentlikdən əldə etdiyi məlumata görə, şirkət qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb. Bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə (Malın qiyməti ilə bağlı istehlakçının az miqdarda aldadılması) uyğun olaraq xəta kimi qiymətləndirilib.