
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında hazırda investisiya portfeli 130 milyon manata yaxın olan 16 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.
FinFly xəbər verir ki, 19 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 100-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur.
"Bugünədək sənaye parkında görülmüş işlərə sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. 200 hektar ərazini əhatə edən parkın 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. Hazırda burada iki müəssisə fəaliyyət göstərir", - məlumatda bildirilir.
Qeyd olunub ki, sənaye parkında sahibkarlar tərəfindən indiyədək 1,7 milyon manatlıq məhsul satışı və xidmətlər göstərilib.
"Bundan başqa, parkda hazırda 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər görülür", - deyə, məlumatda bildirilib.
Son xəbərlər
-
15 May, 2025
Ukraynada davamlı sülhə nail olunacağına inanıram...
-
15 May, 2025
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb...
-
15 May, 2025
Ərdoğan Zelenski ilə görüşüb...
-
15 May, 2025
Qarabağda neçə nəfər yaşayır?...