Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
"Azərkosmos" 20-yə yaxın əməkdaşlıq sənədi imzalayacaq - FinFly

Azərbaycanın Kosmik Agentliyi ("Azərkosmos") Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı çərçivəsində 20-yə yaxın əməkdaşlıq sənədi imzalamağı planlaşdırır.

FinFly xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərkosmos"-un İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov deyib.

Onun sözlərinə görə, “Azərkosmos" olaraq tədbir çərçivəsində 10-a yaxın anlaşma memorandumu daxil olmaqla, ümumilikdə 20-yə yaxın əməkdaşlıq sənədi imzalamağı planlaşdırılıb.

"Sənədlər imzalandıqca bu barədə ictimaiyyətə məlumat veriləcək. Əməkdaşlıqlar xüsusilə kosmosun sülh və elm məqsədləri ilə istifadəsini əhatə edir. Şadıq ki, artıq Çinlə də bu istiqamətdə əməkdaşlığımızı genişləndiririk", - deyə, o qeyd edib.