Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
"Bakı Fond Birjası"nın dövriyyəsi 2 dəfədən çox artıb - FinFly

2025-ci ilin yanvar-aprel aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 27 milyard 125,237 milyon manat təşkil edib.

FinFly BFB-yə istinadən xəbər verir ki, bu, ötən lin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur.

Məlumata görə, son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,2 dəfə artaraq 9 694 olub.

BFB-nin dövriyyəsinin 83,8 faizi və yaxud 22 milyard 728,231 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 16,5 faiz artaraq 3 milyard 272,348 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 68,1 faiz artaraq 1 milyard 124,657 milyon manat olub.