Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
"Bakı Kart"ın vəzifəli şəxsi pulun təhlükəsizliyini təmin etmədiyi üçün cərimə olunub - FinFly

Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-nin vəzifəli şəxsini cərimə edib.

FinFly AMB-yə istinadən xəbər verir ki, buna səbəb “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 7.3-cü maddəsinin tələbinin (Pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması) pozulmasıdır. Odur ki, “K Group”un vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.2.-ci maddəsinə müvafiq olaraq 2 000 manat cərimə olunub.

Xatırladaq ki, "K Group" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.