Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
"Bank Avrasiya" 2025-ci ilə necə başlayıb? - FinFly

"Bank Avrasiya"nın aktivləri 200 milyon 978 min manata çatsa da, 2025-ci ilin 1-ci rübündə 4 milyon 577 min manat və ya 2,3 faiz azalaraq 31 mart 2025-ci il tarixində 196 milyon 400 min manat təşkil edib.

FinFly xəbər verir ki, Bankın kiçilməsi müştərilərə verilmiş kreditlərin (kredit portfeli), banklar və digər maliyyə institutlarındakı depozitlərin azalması ilə əlaqədardır.

Bu ilin ilk rübündə "Bank Avrasiya"nın cəmi kredit portfeli 4 milyon 537 min manat və ya 3,3 faiz azalaraq 131 milyon 627 min manata, banklar və digər maliyyə institutlarındakı depozitləri isə 7 milyon 176 min manat və ya 20,3 faiz azalaraq 28 milyon 214 min manata düşüb. 

"Bank Avrasiya"nın biznes kreditləri portfeli 3 milyon 283 min manat azalaraq 59 milyon 196 min manata, ipoteka kreditləri portfeli isə 1 milyon 847 min manat azalaraq 57 milyon 330 min manata düşüb. İstehlak kreditləri portfeli isə 593 min manat artaraq 15 milyon 100 min manata yüksəlib. 

Bankın depozitlərində də azalma qeyd olunur. Belə ki, 2025-ci ilin ilk rübündə Bankın cəmi depozit portfeli 5 milyon 635 min manat və ya 8,9 faiz azalaraq 57 milyon 380 min manata geriləyib.  "Bank Avrasiya"da həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin depozitləri azalıb.