23 Iyl, 2025 16:45
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən "Bazarstore" MMC barəsində inzibati xəta protokolu tərtib edib.
FinFly Agentlikdən əldə etdiyi məlumata görə, şirkət qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb. Bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci maddəsinə (Malın qiyməti ilə bağlı istehlakçının az miqdarda aldadılması) uyğun olaraq inzibati xəta kimi qiymətləndirilib.
Son xəbərlər
-
23 Noy, 2025
İran quru qoşunlarına yeni komandan təyin etdi...
