Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xidmətlərin elektronlaşdırılması istiqamətində aparılan işlər çərçivəsində "biletim.az" portalına Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə Naxçıvan-Bakı reysləri də əlavə edilib.
FinFly AYNA-ya istinadən xəbər verir ki, bu gündən sərnişinlər Naxçıvandan Bakıya onlayn bilet ala bilərlər. İstiqamət üzrə aralıq məntəqəsi olaraq Culfa və Naxçıvan şəhərləri təyin edilib.
Qeyd edək ki, Bakıdan Naxçıvana “biletim.az” portalı üzərindən onlayn bilet satışı 19 dekabr 2023-cü il tarixindən başlanılıb.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Gün ərzində tələbatdan asılı olaraq 4-6 reys həyata keçirilir. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir. Biletlərin qiyməti 30 AZN təşkil edir.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
