
07 Apr, 2025 09:49
Aprelin 7-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti kəskin azalıb.
FinFly xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası "CoinMarketCap" platformasında 7,55 faiz ucuzlaşaraq 77 170 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 14,32 faiz azalaraq 1549 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 15,56 faiz, BNB isə 7,29 faiz ucuzlaşıb.
Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...