Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin Könüllü Proqramının növbəti mərhələsi uğurla yekunlaşıb - FinFly

Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin Könüllü Proqramının növbəti mərhələsi uğurla yekunlaşıb.

Bu barədə FinFly-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bu il könüllü olmaq üçün cəmi 48 saat ərzində 31 mindən çox müraciət daxil olub. Onlardan təxminən 16 min namizəd ərizəsini uğurla tamamlayaraq müsahibə mərhələsində iştirak edib.

Səkkiz həftə ərzində intensiv şəkildə həyata keçirilən müsahibələr çərçivəsində yüzlərlə görüş baş tutub və namizədlər müxtəlif istiqamətlər üzrə qiymətləndiriliblər. Müsahibə mərhələsinin nəticələri yaxın günlərdə namizədlərin şəxsi kabinetlərinə yerləşdiriləcək.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.