Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
Əhalinin banklardakı əmanətləri 15 mlrd. manata yaxınlaşır - FinFly

Azərbaycanda əhalinin banklardakı əmanətləri yanvar ayında ən pik həddə çatıb.

FinFly Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, fevralın 1-nə əhalinin banklardakı əmanətləri (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil ) 14 milyard  698,7 milyon manat təşkil edib. Bu isə əvvəlki ayla müqayisədə 0,2 faiz və ya 36,8 milyon manat çoxdur. Ötən ilin sonuna bu rəqəm 14 milyard 661,9 milyon manat olub.

Fiziki şəxslərin əmanətlərinin 66 faizi (9,497 milyard manat) milli valyutada, 34 faizi (4,888 milyard manatdan çox) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60,8 faizi (8,747 milyard manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri yanvar ayında 1,7 faiz və ya 146 milyon manat artıb.

Əhalinin banklardakı əmanətlərinin həcmi 2021-ci ildən etibarən davamlı artım tendensiyası nümayiş etdirib.