Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
"Kapital Bank" I rübün maliyyə nəticələrini elan edib - FinFly

2025-ci ilin aprelin 1-nə "Kapital Bank" (Birbank) ASC-nin aktivləri 12 milyard manat, Bankın müştərilərinə verdiyi kreditlərin məbləği isə 5,3 milyard manat təşkil edib.

Hesabat tarixinə "Kapital Bank"ın depozit portfeli 9 milyard manat, tutulmalardan sonra məcmu kapitalı 1 milyard manat, adi və imtiyazlı səhmlərinin dəyəri isə 265 milyon manat olub.

Bank rüb ərzində 55 milyon manat xalis mənfəət əldə edib.

"Kapital Bank" "Moody's" və "Standard & Poor's" beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, "Birbank" kartı sifarişi üçün — https://kbl.az/prcrc.