Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
"Legion Financial" nizamnamə kapitalını yenidən artırır - FinFly

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Legion Financial" ASC "Bakı Fond Birjası" QSC-də daha 600 min manat dəyərində yeni səhm yerləşdirməyə hazırlaşır.

FinFly bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 6 000 ədəd adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 15,3 faiz artaraq 3,91 milyon manatdan 4,51 milyon manata çatacaq.

"Legion Financial" 2020-ci ildə yaradılıb. Onun səhmləri Turan İsmayılova (39,6 faiz), Ramin Süleymanlıya (31,2 faiz), Rövşən Sultanova (10,2 faiz), Böyükağa Məmmədova (14,1 faiz) və Belarus vətəndaşı Kolas Konstantinə (4,9 faiz) məxsusdur. T. İsmayılov ləğv prosesində olan "Finoko" ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.