
Sərfəli təklifləri və regionlara diqqəti ilə seçilən “Nar” Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri üçün təlimlər təşkil edib. Bu təşəbbüs tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək və onların iş bazarına hazırlığını artırmaq məqsədini daşıyır.
Təlimlərdə mobil rabitənin əsasları ilə bərabər əmək bazarında təcrübə qazanmaq, eləcə də, uğurlu karyera hədəflərinin seçilməsi istiqamətində faydalı biliklər təqdim edildi.
Bundan başqa, universitetin nəzdindəki Nar Laboratoriyasının avadanlıqlarının təqdimatı və işləmə prinsipləri ilə tanışlıq məqsədilə, universitetin müəllim heyətinə xüsusi təlim keçirildi. Bu təlim sayəsində tələbələr mobil rabitə şəbəkəsini təhsil aldıqları müddətdə öz müəllimlərindən öyrənə biləcək və təhsillərini təcrübəli kadr kimi başa vuracaqlar.
Təlimlər “Nar”ın Korporativ Sosial Məsuliyyət strategiyasının təhsil istiqaməti üzrə və Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. “Nar”ın məqsədi universitetin tələbələrini əsl peşəkar kimi yetişdirərək Azərbaycanın əmək bazarı üçün mütəxəssis hazırlamaq və ölkənin mobil rabitə sahəsinin inkişafına töhfə verməkdir.
“Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (http://www.nar.az/) əldə edə bilərsiniz.
Son xəbərlər
-
01 May, 2025
Hava şəraiti ilə bağlı xəbərdarlıq...
-
01 May, 2025
"Meqa Sığorta"-nın vəzifəli şəxsləri cərimələnib...
-
01 May, 2025
BTC ilə 4,5 mlrd bareldən çox neft nəql edilib...