
1 oktyabr – 1 dekabr 2025-ci il tarixlərində Naxçıvan Muxtar Respublikası, həmçinin Bakı və Gəncə şəhərlərində yerləşən "Bakcell"in xüsusi xidmət mərkəzlərinə müraciət edən “Naxtel” abunəçiləri mövcud nömrələrini öz adlarında saxlayaraq "Bakcell" şəbəkəsinə keçid edə bilərlər.
Bu barədə FinFly "Bakcell"dən məlumat əldə edib.
Bildirilib ki, "Bakcell" şəbəkəsinə keçid edən abunəçilər mövcud tariflərlə yanaşı, yalnız "Naxtel" abunəçiləri üçün nəzərdə tutulan özəl kampaniyadan da faydalana bilərlər. "GO" tariflərinə qoşulan abunəçilərə 12 ay müddətində özəl endirimlər təqdim olunacaq:
GO 7.99 - İlk tarifə qoşulma və 1 yenilənmə – ödənişsiz. Növbəti 22 yenilənmə 20% endirimlə;
GO 11.99 - İlk tarifə qoşulma ödənişsiz. Növbəti 11 yenilənmə 20% endirimlə;
GO 17.99 - İlk tarifə qoşulma ödənişsiz. Növbəti 11 yenilənmə 20% endirimlə;
GO 29.99 - İlk tarifə qoşulma ödənişsiz. Növbəti 11 yenilənmə 20% endirimlə.
Qeyd edək ki, abunəçilər xidmət mərkəzlərinin ünvanları və ətraflı məlumatı linkə keçid edərək əldə edə bilər.
Son xəbərlər
-
05 Snt, 2025
Birmarket yeni mövsüm kampaniyasına start verdi...
-
05 Snt, 2025
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb...
-
05 Snt, 2025
Qızılın qiyməti 5 000 dollara çata bilər?...
-
05 Snt, 2025
"Azeri Light" ucuzlaşıb...