Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
"Özbəkneftqaz" və SOCAR Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayırlar - FinFly

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın "Özbəkneftqaz" dövlət şirkəti sentyabrda bu ölkənin Üstyurt regionundakı investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılması üçün əməliyyat şirkətinin qeydiyyat prosesini tamamlamağı planlaşdırırlar.

FinFly "Özbəkneftqaz"a istinadən xəbər verir ki, "Özbəkneftqaz" və SOCAR rəhbərləri videokonfrаns formatında danışıqlar aparıblar.

"Görüş zamanı Özbəkistan Prezidentinin fərmanı ilə təsdiqlənmiş Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) icrasının gedişatı, həmçinin Üstyurt regionundakı investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin sürətləndirilməsi və başlanması üçün tədbirlər müzakirə edilib", - məlumatda bildirilib.

Tərəflər bu layihənin həyata keçirilməsinin texniki məsələlərini, həmçinin onun reallaşdırılması üçün operator şirkətin açılması ilə bağlı məsələləri müzakirə ediblər.

"Danışıqların nəticəsinə görə, sentyabrda operator şirkətin qeydiyyat prosesinin tamamlanması, seysmik kəşfiyyat işlərinin yeni müddətlərinin müəyyən edilməsi və layihənin ekoloji qiymətləndirilməsi prosedurlarının başlanması barədə razılıq əldə edilib", - məlumatda qeyd olunub.