Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqladı - FinFly

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") 2025-ci ili 2,499 milyon lari (1,574 milyon manat) xalis mənfəətlə başa vurub. Halbuki, bank 2024-cü ildən 7,291 milyon lari (4,593 milyon manat) mənfəətlə çıxmışdı.

FinFly xəbər verir ki, ötən il "PAŞA Bank Gürcüstan"ın vergiyəqədərki mənfəəti 4,444 milyon lari (2,8 milyon manat, illik müqayisədə 39 faiz az), mənfəət vergisi ödəmələri isə 1,945 milyon lari (1,225 milyon manat, əvvəlki il vergi ödəməyib) təşkil edib.

Bu il yanvarın 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 661,662 milyon lari (416,847 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 6,3 faiz azdır. Bunun 423,384 milyon larisi (266,732 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 5,7 faiz böyüyüb.

Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 11 faiz azalaraq 521,663 milyon lariyə (328,648 milyon manat), o cümlədən depozit portfeli 16,7 faiz azalaraq 429,803 milyon lariyə (270,776 milyon manat) düşüb, balans kapitalı isə 17,1 faiz artaraq 140 milyon lariyə (88,2 milyon manat) çatıb.

"PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 136,8 milyon laridir (86,184 milyon manat). Törəmə bankın səhmlərinin 85,1 faizi "PAŞA Bank"a, 14,9 faizi isə Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.