Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
"PAŞA Holdinq"in banklarının rəhbərliyində dəyişiklik olub - FinFly

"PAŞA Holdinq" MMC-yə məxsus "PAŞA Bank" və "Kapital Bank" ASC-lərin rəhbərliyində dəyişiklik olub.

FinFly xəbər verir ki, "PAŞA Bank"ın müşahidə şurasını (MŞ) Mir Camal Paşayev tərk edib, onun yerinə Rövşən Allahverdiyev təyin edilib.

O, indiyə qədər "Kapital Bank"ın MŞ-nın sədri vəzifə olub. Bu vəzifə isə Fərid Məmmədova həvalə olunub.

"PAŞA Bank" 2007-ci ildə yaradılıb. Nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 faizi daxil olduğu "PAŞA Holdinq"ə, 28,2 faizi "Bless" MMC-yə, 10 faizi Arif Paşayevə, 5 faizi isə Mircamal Paşayevə məxsusdur.

“Kapital Bank” isə 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq"dir.