Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
"PashaPay" "Bir" ekosistemini qlobal "Money20/20 Europe" tədbirində təmsil edəcək - FinFly

İlk dəfə Azərbaycan şirkəti nüfuzlu "Money20/20 Europe" tədbirində təmsil olunacaq, "bir" ekosistemi "Google", "Microsoft" və "Nvidia" kimi techfin nəhəngləri ilə eyni platformada yer alacaq

Azərbaycanın aparıcı fintex şirkətlərindən biri olan "PashaPay" "Bir" ekosistemi təmsil edərək, 3-5 iyunda Niderlandın paytaxtı Amsterdamda keçiriləcək ən böyük qlobal fintex konfransı – Money20/20 Europe tədbirində sponsor olaraq öz stendi ilə iştirak edəcək.

"PashaPay Bir" ekosistem stendinin ziyarətçiləri Azərbaycanın maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində fəaliyyət göstərən aparıcı brendləri – m10, MilliÖn, Birbank və Umico da daxil olmaqla, "Bir" ekosistemin təqdim etdiyi innovativ həllərlə tanış olmaq imkanı əldə edəcəklər.

"PashaPay" bu nüfuzlu tədbirdə iştirakı ilə Azərbaycanın fintex ekosisteminin beynəlxalq səviyyədə tanıdılmasını, strateji tərəfdaşlıqların qurulmasını və rəqəmsal bankçılıq sahəsində qabaqcıl təcrübələrin öyrənilməsini hədəfləyir.

İlk dəfə Azərbaycandan olan şirkətin dünyanın aparıcı fintex korporasiyalarının toplandığı "Money20/20 Europe" tədbirində iştirak edərək, "Google", "Microsoft" və "Nvidia" kimi texnologiya və maliyyə (techfin) nəhəngləri ilə eyni platformada yer alması tədbirdə iştirakın əhəmiyyətini artırır.

"Money20/20 Europe" – ödəniş sistemləri, fintex və maliyyə xidmətləri sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biridir. Hər il Avropa, Asiya və ABŞ-da keçirilən bu tədbir minlərlə iştirakçını, bank və texnologiya liderlərini bir araya gətirərək gələcəyin maliyyə sistemini formalaşdırır.

"PashaPay", "Bir" ekosistemin bir hissəsi olaraq, "m10" rəqəmsal pul kisəsi və "MilliÖn" ödəniş terminalları vasitəsilə istifadəçilərə innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən qabaqcıl fintex platformasıdır. Şirkət, eyni zamanda, ölkədə nağdsız ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində innovasiyaların genişlənməsini prioritet istiqamət kimi müəyyənləşdirib.