03 Fvr, 2026 10:16
"Qarabağ" heyətinə yeni futbolçu qatıb.
FinFly klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kiprin AEK (Larnaka) klubu ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb və Ağdam təmsilçisi fransalı futbolçu Jeremi Qnalini sıralarına cəlb edib.
Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın "Mets" klubunun yetirməsi olan arxa xətt oyunçusu "Qarabağ"da 24 nömrəli forma ilə çıxış edəcək.
23 yaşlı oyunçu karyerası ərzində "Mets B", İspaniyanın "Tarazona" və "Melilya" komandalarında da çıxış edib.
Son xəbərlər
-
03 Fvr, 2026
Mərkəzi Bankın valyuta ehtiyatları artıb...
-
03 Fvr, 2026
Emin Əmrullayev səudiyyəli həmkarı ilə görüşüb...
-
03 Fvr, 2026
Ukrayna SEPAH-ı terror təşkilatı kimi tanıyıb...
