
17 Iyl, 2025 08:40
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
FinFly xəbər verir ki, bu, İrlandiya təmsilçisi “Şelburn”dur.
I təsnifat mərhələsi çərçivəsində doğma meydanda Şimali İrlandiyanın "Linfild" kollektivinə 1:0 hesabı ilə qalib gələn “Şelburn”, səfərdə 1:1 hesablı heç-heçəyə razılaşaraq növbəti raundda Ağdam təmsilçisinə rəqib olub.
Qitənin ən nüfuzlu klub turnirində II təsnifat mərhələsinin ilk görüşləri iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.
Son xəbərlər
-
29 Iyl, 2025
İsrailin yeni səfiri bu gün Bakıya gələcək...
-
29 Iyl, 2025
Sabah 41 dərəcə isti olacaq...