02 Mar, 2025 21:17
Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçkilərində iştirak edə bilər.
FinFly xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyn Yayman Türkiyənin Antakya şəhərində çıxışı zamanı deyib.
O bildirib ki, 2027-ci ilin noyabrında ölkədə prezident seçkiləri keçiriləcək.
H.Yaymanın sözlərinə görə, başqa namizədə ehtiyac yoxdur.
Türkiyə konstitusiyasına görə, seçkinin keçiriləcəyi 2028-ci ildə o, artıq prezidentliyə namizəd ola bilməyəcək, lakin növbədənkənar seçki olacağı təqdirdə bu hüquqa sahib olacaq.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
