
"Regional" MMC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 1 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
FinFly xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 16 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Xalq Kapital İnvestisiya Şirkəti" QSC -dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.
"Regional" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. BOKT-un səhmdarları hər biri 33,3 faiz payla Əli Əliyev, Nahid Bəhramov və Nigar Tağıyevadır. Kredit təşkilatına ötən ildən sədrlik edən Mobil Şərifov həm də "Finex Kredit" ASC BOKT-un 2,3 faizlik səhmdarıdır.
Son xəbərlər
-
03 Snt, 2025
Çin gizli şəkildə Rusiyanı silahlandırır...
-
03 Snt, 2025
Bəzi rayonlara leysan yağacaq...
-
03 Snt, 2025
Azərbaycan Bəhreyndə səfirlik təsis edir...
-
03 Snt, 2025
Rusiyada pilotsuz tramvay istifadəyə verilib...
-
03 Snt, 2025
Qızılın qiyməti tarixi rekordunu yenilədi...
-
03 Snt, 2025
Bakı tıxaclarının iqtisadiyyata illik təsiri...
-
03 Snt, 2025
Umico Bonus artıq Bir Bonus oldu...
-
03 Snt, 2025
Azərbaycan neftinin qiyməti 71 dolları keçib...