Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
“Şahdəniz”dən hasil edilən təbii qazın həcmi azalıb - FinFly

Cari ilin yanvar-iyul aylarında "Şahdəniz" yatağından 13,8 milyard kubmetr təbii qaz hasil edilib.

FinFly Energetika Nazirliyindən məlumat əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 0,2 milyard kubmetr və ya 1,4 faiz azdır.

Belə ki, ötən ilin eyni dövründə "Şahdəniz" yatağından 14 milyard kubmetr təbii qaz hasil edilmişdi.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 25,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,6 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"-nin, 13,8 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.