Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
"TotalEnergies" 2030-cu ilə qədər dünya üzrə enerji istehsalı planlarını açıqlayıb - FinFly

Fransanın "TotalEnergies" şirkəti 100 teravat/saatdan çox enerji istehsal etməyi planlaşdırır.

FinFly xəbər verir ki, bunu şirkətin Avropa üzrə vitse-prezidenti Martina Opizzi Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "TotalEnergies" 2030-cu ilə qədər dünya üzrə enerji istehsalını hər il təxminən 4 % artırmaqla qlobal enerji tələbatına töhfə vermək öhdəliyi götürüb: "Bu inkişaf trayektoriyası iki tamamlayıcı sütun üzərində qurulub: ənənəvi enerji (neft və qaz) və inteqrasiya olunmuş elektrik enerjisi. Biz neft və qaz sahəsinə investisiyalarımızı artırmağa davam edəcəyik və layihə portfelimizi əsas təməllər üzərində - aşağı xərclər, aşağı emissiya və bazar dövrlərinə qarşı dözümlü olan layihələr üzərində möhkəmləndirəcəyik".

O qeyd edib ki, şirkət onilliyin sonuna qədər 100 teravat/saatdan çox enerji istehsal etməyi planlaşdırır: "Bu da "TotalEnergies"in ümumi istehsalının təxminən 20 %-ni təşkil edəcək. Bu balanslaşdırılmış yanaşma bizə dəyişən enerji ehtiyaclarına cavab verməyə və eyni zamanda portfelimizin karbon intensivliyini tədricən azaltmağa imkan verir".