Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
"Yapı Kredi Bank Azərbaycan" maliyyə vəziyyətini açıqaldı - FinFly

Türkiyə kapitallı "Yapı Kredi Bank Azərbaycan" QSC 2025-ci ilin 1-ci rübünü 2 milyon 281 min manat xalis mənfəət ilə başa vurub.

FinFly xəbər verir ki, Bank ötən ilin eyni dövrünü 2 milyon 472 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin 191 min manat azalması mümkün zərərlər üzrə yaradılan ehtiyatlara daha böyük məbləğdə vəsait ayrılması ilə əlaqədardır. İlk rübdə "Yapı Kredi Bank Azərbaycan"ın gəlirləri, əməliyyat mənfəəti artıb.

"Yapı Kredi Bank Azərbaycan"nın faiz gəlirləri 2024-cü ilin 1-ci rübündə 10 milyon 671 min manat ikən, 2025-ci ilin 1-ci rübündə 11 milyon 538 min manat (867 min manat və ya 8,1 faiz artıb),qeyri-faiz gəlirləri 2024-cü ilin 1-ci rübündə 5 milyon 464 min manat ikən, 2025-ci ilin 1-ci rübündə isə 6 milyon 462 min manat təşkil edib (998 min manat və ya 18,3 faiz artıb). 

2025-ci ilin ilk rübündə "Yapı Kredi Bank Azərbaycan"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 1 milyon 866 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri faiz xərcləri) 1 milyon 480 min manat artıb. Gəlirlərdəki artım xərclərdəki artımdan daha yüksək məbləğdə olduğu üçün Bankın əməliyyat mənfəəti artıb. Lakin mümkün zərərlər üzrə yaradılan ehtiyatlara ayrılan məbləğ 2,6 dəfə artaraq 1 milyon 595 min manata yüksəldiyindən "Yapı Kredi Bank Azərbaycan"nın xalis mənfəəti düşüb.  

Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan"nın əməliyyat mənfəəti 2024-cü ilin 1-cü rübündə 4 milyon 13 min manat ikən, 2025-ci ilin 1-ci rübündə 4 milyon 397 min manat təşkil edib. 

"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli (müştrilərə verilmiş kreditlər) 2025-ci ilin 1-ci rübündə ötən ilin sonu ilə müqayisədə 3 milyon 13 min manat və ya 1 faizə yaxın artaraq 31 mart 2025-ci il tarixində 320 milyon 602 min manata çatıb. 

2025-ci ilin ilk rübündə "Yapı Kredi Bank Azərbaycan"ın məcmu kapitalı 2 milyon 544 min manat artıb və 31 Mart 2025-ci il tarixində 102 milyon 133 min manata çatıb. Bank 2024-cü ilin sonunda 99 milyon 589 min manat məcmu kapitala malik idi.