
Azərbaycan Mərkəzi Bankının (AMB) bu il üçün əsas prioritetlərdən biri ölkəmizdə dayanıqlı maliyyə axınlarını təşviq edəcək ekosistemin inkişafı olacaq.
FinFly xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Dayanıqlı maliyyə hesabatı”nda bildirilir.
Sənədə əsasən, bu çərçivədə "yaşıl" sığorta məhsullarının tətbiq imkanları araşdırılacaq və bu istiqamətdə perspektivlər müəyyənləşdiriləcək: “Yaşıl" sığorta məhsulları, iqlim risklərinə qarşı maliyyə təhlükəsizliyini təmin etməklə, həm ölkənin, həm də müəssisələrin dayanıqlılığını artırmağa xidmət edəcək. Bununla yanaşı, "yaşıl" suveren istiqrazların tədbiqi üzrə təkliflər hazırlanacaq. Belə istiqrazlar dövlətin "yaşıl" layihələr üzrə maliyyələşdirməsini artırır və beynəlxalq investorların diqqətini cəlb edir”.
“Eyni zamanda, dövlət dəstək alətlərinin yaşıllaşdırılması üzrə təkliflər hazırlanacaq. Dövlətin iqlim maliyyələşməsində oynadığı mühüm rol nəzərə alınaraq dövlət dəstək mexanizmlərinin portfelinin tədricən yaşıllaşdırılması maliyyə dəstəyinin ekoloji baxımdan dayanıqlı və "yaşıl" layihələrə yönləndirilməsini təmin edəcək", - deyə hesabatda qeyd olunub.
Son xəbərlər
-
30 Apr, 2025
AMB BOKT-lara məcburi göstəriş verib...