Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
2014-cü ildən bəri Rusiyaya qarşı 29 minə yaxın sanksiya tətbiq edilib - FinFly

FinFly müstəqil analitik platforma olan Castellum və açıq mənbələrə istinadla verdiyi məlumata görə, 2014-cü ildən etibarən Rusiyaya qarşı əsasən ABŞ, Kanada və İsveçrə tərəfindən olmaqla, ümumilikdə 28 937 qeyri-ticarət sanksiyası tətbiq edilib.

Bu sanksiyaların 92 faizi 2022-ci ilin fevral ayının sonundan sonra tətbiq olunub. 2025-ci ilin aprel ayının sonuna olan vəziyyətə görə, ABŞ tətbiq edilən məhdudiyyətlərin 25,5 faizinə (7 384 sanksiya) sahib olmaqla, siyahıda birinci yerdə qərarlaşıb.

İkinci yerdə 12,6 faizlə Kanada (3 639 sanksiya), üçüncü yerdə isə 11,3 faizlə İsveçrə (3 266 sanksiya) qərarlaşıb. Siyahını davam etdirən ölkələr bunlardır:

Norveç — 2 678 sanksiya (9,3 faiz)

Avropa İttifaqı və sanksiyaları təkrarlayan İslandiya — hər biri 2 482 sanksiya (8,6 faiz)

Birləşmiş Krallıq — 2 078 sanksiya (7,2 faiz)

Yeni Zelandiya — 1 860 sanksiya (6,4 faiz)

Avstraliya — 1 598 sanksiya (5,5 faiz)

Yaponiya — 1 441 sanksiya (5 faiz)

Hazırda Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketini hazırlayır.