
2024-cü ildə də ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələyib.
Bu barədə FInFly Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, ölkənin strateji valyuta ehtiyatları 2024-cü il ərzində 3.7% artaraq ÜDM-in 95.5%-nə çatıb. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 2024-cü ilin sonuna 10959.5 mln. ABŞ dollarına bərabər olub.
"2024-cü ildə də ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələmişdir. Belə ki, 2024-cü ilin sonuna ölkənin strateji valyuta ehtiyatları 33 aylıq mal və xidmət idxalına kifayət etmişdir (2024-cü ilin ilk 9 ayı üzrə mal və xidmət idxalı götürülməklə). Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3.3 dəfə üstələmişdir (01.01.2025 tarixinə olan M2 pul aqreqatı götürülməklə)", - deyə məlumatda qeyd olunub.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...