15 Ynv, 2026 09:07
Ötən il Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə təxminən 1,5 milyard manat sığorta haqqı toplanılıb.
FinFly xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov "ASAN Radio"nun "Həyat Sığorta ilə Rahat" verilişində deyib.
Onun sözlərinə görə, bu, 2024-cü illə müqayisədə təxminən 11 faiz çoxdur.
AMB rəsmisi həmçinin deyib ki, 2025-ci ildə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği təxminən 920 milyon manat təşkil edib. Bu isə əvvəlki ilə nisbətən təxminən 25 faiz çoxdur.
Beləliklə, ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,3 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 55,6 manat olub.
Son xəbərlər
-
28 Fvr, 2026
Əbu-Dabi və Bəhreyndə partlayış qeyd olunub...
-
28 Fvr, 2026
İran İsrail istiqamətində yeni raketlər buraxdı...
-
28 Fvr, 2026
Tehranda daha iki partlayış...
-
28 Fvr, 2026
İran İsrailə raketlər buraxıb...
-
28 Fvr, 2026
İran hücuma yaxın saatlarda cavab verəcək...
