
26 May, 2025 13:57
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 588,5 milyon manat sığorta haqqı yığılıb.
FinFly Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz və ya 45,7 milyon manat çoxdur.
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta şirkətlərinin xətti ilə 542,8 milyon manat sığorta haqqı toplanılmışdı.
2025-ci ilin qeyd edildiyi dövr ərzində ən çox sığorta haqqı toplayan şirkət "Paşa Həyat Sığorta" ASC (281,9 milyon manat) olub. 2-ci yerdə 135,5 milyon manat sığorta haqqı ilə "Paşa Sığorta" ASC, 3-cü yerdə isə 41,1 milyon manat sığorta haqqı ilə "Qala Sığorta" ASC qərarlaşıb.
FinFly sığorta şirkətlərinin yığımlarına görə renkinq hazırlayıb:
Şirkət adı | Məbləğ (min manat) |
Paşa Həyat Sığorta | 281 911 |
Paşa Sığorta | 135 457 |
Qala Sığorta | 41 071 |
Atəşgah Həyat” Sığorta Şirkəti | 38 288 |
Atəşgah” Sığorta Şirkəti | 20 262 |
Azərbaycan Sənaye Sığorta | 11 024 |
Meqa Sığorta | 10 158 |
Xalq Sığorta | 9 742 |
Qala Həyat Sığorta Şirkəti | 9 517 |
Aqrar Sığorta | 9 405 |
A-Qroup Sığorta Şirkəti | 5 534 |
Meqa Həyat Sığorta | 5 035 |
AzSığorta | 3 400 |
AtaSığorta | 3 313 |
Xalq Həyat Sığorta Şirkəti | 3 283 |
İpək Yolu Sığorta | 1 065 |
Son xəbərlər
-
07 Iyn, 2025
Azərbaycan neftinin qiyməti bahalaşıb...
-
07 Iyn, 2025
Yutubun fəaliyyətində qlobal nasazlıq yaranıb...
-
05 Iyn, 2025
Mask Trampı məyus etdi...