Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
2032-ci ilə qədər AZAL yeni təyyarələr alacaq - FinFly

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) donanmasına yeni Airbus və Boeing təyyarələrinin alınması 2032-ci ilə qədər planlaşdırılır.

FinFly xəbər verir ki, bunu AZAL-ın Strategiya və Biznesin İnkişafı Departamentinin rəhbəri Vasif Manaflı deyib.

Onun sözlərinə görə, bu gün AZAL-ın təyyarələrin orta yaşı 14 ildir.

"Bu göstərici müştəri məmnuniyyətinin azalmasına və istismar xərclərinin artmasına təsir göstərir. 2023-cü ildə biz yenilənməsi çərçivəsində 3 Airbus təyyarəsi istifadəyə verdik. Bundan əlavə, bu istiqamətdə artıq ciddi addımlar atılıb. Ən böyük nailiyyətlərdən biri də Airbus-da yeni təyyarələrin alınması üçün müqavilələrin imzalanması olub. Təyyarələrin AZAL donanmasına təhvil verilməsi 2032-ci ilə qədər davam edəcək", deyə, Manaflı qeyd edib.

Hazırda AZAL-ın donanması müxtəlif tipli 25 təyyarədən ibarətdir. Eyni zamanda, artan sərnişin axınını təmin etmək üçün aviaşirkət üç Airbus A320 təyyarəsini müvəqqəti olaraq icarəyə götürüb.