Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
ABB 2025-ci ilin ilk rübünü 65 mln manatdan çox xalis mənfəətlə başa vurub - FinFly

2025-cü ilin I-ci rübündə ABB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 335,1 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,9 faiz və ya 57,9 milyon manat çoxdur.

FinFly xəbər verir ki, ABB-nin əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2024-cü ilin I-ci rübü ilə müqayisədə 73 milyon 720 min manat və ya 52,7% artaraq  213 milyon 717 min manat təşkil edib.

Hesabat dövrü ərzində ABB-nin mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 40.6 milyon manat olub ki, bu da 2024-cü ilin I-ci rübü ilə müqayisədə 6,4 milyon manat çoxdur.

ABB-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2024-cü ilin sonu ilə müqayisədə 1,86% və ya 118,1 milyon manat artaraq 6,5 milyard manata çatıb. 2024-cü  ilin sonu ilə müqayisədə biznes kreditləri portfeli 37 milyon 789 min manat artaraq 3 milyard 147 milyon 35 min manata yüksəlib.

31 mart 2025-ci il tarixində ABB 1 milyard 817 milyon 983 min manat məcmu kapitala malik olub. Birinci rüb ərzində ABB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 18.64%, məcmu kapitalının adekvatlıq əmsalı isə 19.31% təşkil edib. Bu göstəricilər tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq sistem əhəmiyyətli banklar üçün minimum 6.5% və 12.5%) əhəmiyyətli şəkildə yüksəkdir. 31 mart 2025-ci il tarixində ABB-nin cəmi aktivləri 14,33 milyard manat, öhdəlikləri isə 12,21 milyard manat olub.

07 may 2025-ci il tarixində Bankın Səhmdarlarının növbəti Ümumi Yığıncağı keçiriləcək. Bank səhmdarlarına 200 milyon manat dividend ödənilməsini təklif edib. 7 may tarixində, Səhmdarların Ümumi Yığıncağında bununla bağlı müsbət qərar qəbul edilərsə, ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6% olacaq.