Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
ABB "BTB”ni alır - FinFly

Azərbaycan Beynəlxalq Bankı (ABB) son dövrlər problemlərlə üzləşmiş "Bank BTB"ni almaq ərəfəsində olduğu bildirilir.

FinFly xəbər verir ki, son aylarda "Bank BTB"nin bir sıra əməkdaşları artıq ABB-nin ofisində çalışırlar.

Ötən ilin sonuna olan məlumatlar əsasında mütəxəssislərin apardıqları təhlillər göstərir ki, "Bank BTB" faktiki olaraq klassik kommersiya bankı funksiyalarını itirib. Bank hazırda problemli kreditlərin idarə edildiyi, əsasən daşınmaz əmlak sektoruna yönəlmiş və minimal kapital tələbləri səviyyəsində fəaliyyət göstərən bir quruma çevrilib.

BTB-nin əsas səhmdarı 76,7 faiz payla uzun illər Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır. Digər səhmdarlar Rza Sadıq (17,7 faiz) və Tükəzban Mahmudovadır (5,6 faiz). Məlumatlara görə, Nigar Mehdiyeva ilə Rza Sadıq bacı-qardaşdır və birlikdə bankın 94 faizinə nəzarət edirlər. Rza Sadıq eyni zamanda bankın Müşahidə Şurasının sədridir.