Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 55 4093599
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatını 2026-cı ilə qədər proqnozlaşdırdı - FinFly

2026-cı ildə Azərbaycanda neft hasilatı sutkada 0,61 milyon barel təşkil edəcək.

Bu barədə FinFly ABŞ-ın Enerji İnformasiya Administrasiyasına (EIA) istinadən xəbər verir.

EIA-nın proqnozuna görə, 2025-ci ildə hasilat sutkada 0,63 milyon barel təşkil edəcək. Birinci rübdə orta gündəlik hasilat həcminin 0,6 milyon barel, ikincidə isə 0,63 milyon barel olacağı gözlənilirdi. Üçüncü və dördüncü rüblərdə hasilatın sutkada 0,64 milyon barel səviyyəsində sabit qalacağı gözlənilir.

2026-cı ildə hasilatın birinci rübdə sutkada 0,63 milyon barrelə, sonra ikinci rübdə 0,61 milyona, üçüncü və dördüncü rüblərdə isə 0,6 milyona düşəcəyi proqnozlaşdırılır.