Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994
ABŞ Hindistan üçün gömrük rüsumlarını azaltmağı planlaşdırmır - Tramp - FinFly

ABŞ Hindistana qarşı tətbiq olunan gömrük rüsumlarının azaldılmasını nəzərdən keçirmir.

FinFly xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Donald Tramp Oval Ofisdə jurnalistlərin sualını cavablandırarkən danışıb.

"Biz Hindistanla yaxşı münasibətlər qurmuşuq, amma uzun illər ərzində bu münasibətlər birtərəfli xarakter daşıyıb", – deyə Tramp bildirib.

Onun sözlərinə görə, bəzi sahələrdə Hindistanın ABŞ məhsullarına tətbiq etdiyi gömrük rüsumları 200 faizə qədər yüksəlib.

"Misal çəkim: "Harley Davidson" şirkəti Hindistanda ticarətlə məşğul ola bilmirdi, çünki motosikletlərə qoyulan rüsum 200 faiz idi. Nəticədə "Harley Davidson" Hindistanda motosiklet istehsalı zavodu tikdi və indi rüsum ödəmədən fəaliyyət göstərir".

Bundan əvvəl Hindistanın ticarət və sənaye naziri Piyuş Qoyal bəyan etmişdi ki, Hindistan hakimiyyəti ABŞ ilə ikitərəfli ticarət sazişi üzrə danışıqları noyabr ayına qədər başa çatdırmağı planlaşdırır.

Hindistan və ABŞ fevral ayında baş nazir Narendra Modinin Vaşinqtona səfərindən sonra hərtərəfli ticarət sazişi üzrə danışıqlara başlayıb. İki ölkə 2030-cu ilə qədər ikitərəfli ticarət dövriyyəsini iki dəfə artıraraq 500 milyard dollara çatdırmağı hədəfləyir. Lakin ABŞ nümayəndə heyətinin danışıqların altıncı raundu üçün avqustun 25-nə Hindistana planlaşdırılan səfəri ləğv edilib.