
7 sentyabr tarixində AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-nin direktoru Eldar Salahov ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışovla görüşüb.
FinFly Bakı Beynəlxalq Dəniz Ticarət Limanına istinadən verdiyi xəbər görə, görüş zamanı qonaqlara Limanın strateji mövqeyi, müasir infrastruktur imkanları, yükaşırma göstəriciləri və müxtəlif yük növlərinin daşınma prosesi barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, Bakı Limanı beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və Orta Dəhliz boyunca dayanıqlı logistika həllərinin inkişafı üçün etibarlı tərəfdaşdır.
USACC nümayəndələri Bakı Limanının Orta Dəhliz üzrə yükdaşımalarda mühüm rol oynadığını, qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Son xəbərlər
-
10 Snt, 2025
Hikmət Hacıyev ABŞ-də mühüm görüşlər keçirib...
-
10 Snt, 2025
Azərbaycanda orta illik inflyasiya necə dəyişib?...
-
10 Snt, 2025
Bakıda və rayonlarda yağış yağacaq...