
ABŞ, Moskvanın Vaşinqton tərəfindən təklif olunan Ukrayna müharibəsinin dayandırılması sazişindən imtina edəcəyi təqdirdə, Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər.
FinFly xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp NBC News telekanalına verdiyi müsahibədə bildirib.
“Bu, Rusiyanın sülhə nail olmaq üçün davranış sərgiləyib-sərgiləməyəcəyindən asılıdır”, – deyə o, müvafiq suala cavab verərkən qeyd edib.
Aprelin əvvəlində ABŞ Konqresində hər iki partiyanı təmsil edən senatorlar, əgər Rusiya Vaşinqtonun təklif etdiyi sülh sazişindən imtina edərsə, bu ölkəyə və onun ticarət tərəfdaşlarına qarşı birincil və ikincil sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim ediblər.
Qanun layihəsində Rusiyadan neft, qaz, uran və digər məhsulları alan ölkələrdən idxal olunan mallara qarşı 500%-lik gömrük rüsumları tətbiq olunması da nəzərdə tutulur. Qanun layihəsi Cənubi Karolina ştatından respublikaçı senator Lindsi Qrem və Konnektikut ştatından demokrat senator Riçard Blumental tərəfindən təqdim olunub.
Son xəbərlər
-
14 Iyl, 2025
"Taxta bazarın"-dakı yanğın tam söndürülüb...
-
14 Iyl, 2025
ABŞ Ukryanaya silah göndərəcək...
-
12 Iyl, 2025
Prezident İlham Əliyev Ərdoğana zəng edib...
-
12 Iyl, 2025
Azərbaycan nefti bahalaşıb...
-
12 Iyl, 2025
Azərbaycanın xarici ticarət dövriyyəsi açıqlanıb...
-
12 Iyl, 2025
Azərbaycanda əmtəəlik qaz hasilatı artıb...