
ABŞ Ukrayna ilə bağlı danışıqlardan çıxa bilər. FinFly NBC News-a istinadla xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, Vaşinqton Rusiya-Ukrayna müharibəsinə son qoymaq istəyir.
"[Dövlət katibi Marko] Rubio haqlıdır, o deyəndə ki, ABŞ Ukrayna ilə Rusiya arasında müharibəni bitirmək istəyir. Biz burda insanların öldüyünü görürük və bu prosesi dayandırmaq niyyətindəyik. İdeal variant budur ki, biz bunu dayandıraq. İndi, əgər hər hansısa səbəbdən iki tərəfdən biri bunu çox çətinləşdirərsə, biz sadəcə deyəcəyik: ‘Siz axmaqsınız, siz axmaqsınız’, və bu danışıqlardan çıxacağıq. Amma ümid edirəm ki, bu addımı atmağa məcbur olmayacağıq", – deyə, Tramp vurğulayıb.
Danışıqların neçə gün çəkəcəyi ilə bağlı suala Tramp cavabında bildirib: "Dəqiq rəqəm yoxdur, amma biz bunu tez bir zamanda həyata keçirmək istəyirik".
O əlavə edib ki, danışıqlarda bir və ya hər iki tərəf əməkdaşlıq etmir, lakin buna baxmayaraq, sülh sazişinin əldə olunacağına inandığını qeyd edib.
ABŞ prezidenti həmçinin bildirib ki, Vaşinqtonun danışıqlardan gerçəkdən çıxacağı təqdirdə, Ukraynaya hərbi dəstəyi davam etdirib-etdirməyəcəyi ilə bağlı sualı cavabsız qoyacaq.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...