
Amerika Birləşmiş Ştatları Ukraynada prezident seçkilərinin keçirilməsi üçün səylərini davam etdirəcək
FinFly xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens “The National Pulse” xəbər portalına müsahibəsində vurğulayıb.
Onun sözlərinə görə, müharibə zamanı seçkilərin keçirilə bilməyəcəyi fikri gülüş doğurur:
“ABŞ prezidenti Donald Tramp isə bunun baş verməli olduğunu düşündüyünü açıq şəkildə bildirib. Bilirsiniz ki, bu, Amerika siyasətidir, kifayət qədər sadə və aydındır”.
Qeyd edək ki, Volodimir Zelenski 2019-cu ildə Ukrayna prezidenti seçilib və həmin il mayın 20-də vəzifəsinin icrasına başlayıb.
Bu ölkədə dövlət başçısı beş il müddətinə seçilir, seçkilərin 2024-cü ilin martında keçirilməsi planlaşdırılırdı. Lakin Ukrayna qanunvericiliyinə görə, ölkədə hərbi vəziyyət dövründə, xüsusən də prezident seçkilərinin keçirilməsi qadağandır.
Son xəbərlər
-
30 May, 2025
Azərbaycanda nə qədər türk şirkəti var?...
-
30 May, 2025
OPEC+ neft hasilatını artırmağı planlaşdırır...
-
30 May, 2025
Qızılın qiyməti ucuzlaşır...