
13 Mar, 2025 15:35
Xəzər dənizin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" yatağı istismara veriləndən bu ilin martın 1-nədək 653,5 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.
FinFly xəbər verir ki, bu barədə Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarında deyilir.
Bu yataqlar istismara veriləndən bu ilin martın 1-nədək isə 473,1 milyard kubmetr qaz hasil edilib.
Bu müddət ərzində AÇG-dən 604,2 milyon ton neft, 232 milyard kubmetr qaz, "Şahdəniz"-dən isə 49,3 milyon tona yaxın kondensat, 241,1 milyard kubmetr qaz çıxarılıb.
Bu yataqlardan martın 1-nə olan məlumata görə 651,5 milyon ton neft və 172,8 milyard kubmetr qaz ixraca nəql edilib.
Son xəbərlər
-
19 Apr, 2025
Gürcüstan Azərbaycana kömək üçün müraciət edib...
-
19 Apr, 2025
Azərbaycan mədəniyyət xərclərini artırıb...
-
19 Apr, 2025
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub...