Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
AÇG və "Şahdəniz" yataqlarından indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb - FinFly

"Azəri-Çıraq-Günəşli" (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 1 iyul 2025-ci il tarixinədək 660,1 milyon tona yaxın neft (kondensatla birlikdə), 487,1 milyard kubmetr qaz hasil edilib.

FinFly Energetika Nazirliyindən əldə etdiyi məlumata görə, bundan 1 iyun 2025-ci il tarixinədək 658,1 milyon ton neft, 180,2 milyard kubmetr qaz ixraca nəql edilib.

AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

Onu da əlavə edək ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın Pay Bölgüsünə dair Saziş” 4 iyun 1996-cı ildə imzalanaraq, həmin ilin oktyabr ayının 17-də qüvvəyə minib.