Ən son xəbərlər (xeberler) və hadisələr (hadiseler), operativ yeniliklər, anonslar və məlumatlar, qaynar xəbərlər və video reportajlar. İqtisadi, maliyyə (maliyye) xəbərləri, kriptobazar (kriptocurrency), valyuta və birja xəbərləri

Əlaqə

Ünvan

Bakı, Azərbaycan

Əlaqə

+994 70
ADY və Azərbaycan Turizm Bürosu arasında əməkdaşlıq sazişi imzalanıb - FinFly

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Azərbaycan Turizm Bürosu (ATB) arasında turizm sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

FinFly xəbər verir ki, sazişi ATB tərəfindən İdarə Heyətinin sədr müavini Rəşad Əliyev, ADY tərəfindən isə sədr müavini Arif Ağayev imzalayıb.

Bildirib ki, saziş çərçivəsində turizmdə əlçatanlıq və infrastrukturun inkişafı, turizm məhsulları və təcrübələrinin təkmilləşdirilməsi, rəqəmsallaşma və marketinq sahələrində birgə fəaliyyət nəzərdə tutulur.

Qeyd olunub ki, eməkdaşlıq həmçinin turizm sənayesinin inkişafı və keyfiyyət standartlarının artırılmasını hədəfləyir.